Dünya

Bayquşu banka girov kimi qoydular

Cənubi Afrikanın Gauteng əyalətində bank hesabı açmaq istəyən şəxs saxladığı bayquşunu girov kimi istifadə etmək istəyib.

“Times Live” saytının məlumatına görə, Gauteng əyalətinin Westonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin tələbi işçiləri təəccübləndirib.

Bank hesabı açmaq istəyən adı açıqlanmayan müştəri hesabın açılması üçün pul əvəzinə bayquşunu verməyə çalışıb.

Tələbdən təəccüblənən bank işçiləri müştərinin tələbini rədd edərək, yalnız qanuni ödəniş üsullarını qəbul edə biləcəklərini bildiriblər.

Bank rəsmiləri bildiriblər ki, bu hadisədən sonra onlar Bayquş Xilasetmə Mərkəzinə xəbər verib və bayquşu sahibindən alıblar.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Dəfn yeri üçün sertifikatları hədiyyə etmək dəb halına gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu