6 C
Baku
21 Dekabr 2025, 5:55
DünyaHadisə

Bayrampaşada tavan çökdü – 2 uşaq yaralandı

Hadisə saat 13.00 radələrində, Terazidere məhəlləsində qeydə alınıb. Tavanın çökməsi nəticəsində 2 uşaq yaralanıb.
Bugun.tv xəbər verir ki, hadisə azyaşlılar otaqda oyun oynadığı zaman olub. Tavanın bir qismi onların üzərinə düşüb. Uşaqların çığırtısını eşidən ana xilasetmə qrupuna və təcili tibbi yardıma xəbər edib.
Hadisə yerinə gələn həkim briqadası yaralanan uşaqları xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Məhəllə sakinlərindən Serkan Karagülün sözlərinə görə, kirayəçi ona zəng edib. Uşaqların başına nəsə düşdüyünü deyib. O, “Uşaqlardan birinin əli, digərinin də ayağında qanama vardı. Başı şişmişdi. Tavanın üstü açıq olduğundan nəm alıb və çökmə olub”,- deyə açıqlama verib.
Bələdiyyə əməkdaşları hazırda binada araşdırmalara başlayıb.

Mənbə: Milliyet

 

Bugün TV

Oxşar xəbərlər

“Boş yuva sindromu”ndan necə xilas olmaq olar?

Aynur Camal

NASA-nın Aya qayıdışı layihəsi təxirə salındı

Aynur Camal

63 yaşlı italyan kişi komadan oyanıb və 24 yaşında olduğunu zənn edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu