Baş xəbərİqtisadiyyat

“Almaniyaya səfər iqtisadi əlaqələrimizi daha da gücləndirəcək”

Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Bugun.tv  xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Avropa İttifaqının aparıcı ölkələrindən olan Almaniya 3,85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “köhnə qitə”də isə ən böyük iqtisadi gücdür. Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr artım dinamikası ilə inkişaf edir. 2020-ci ildə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə, ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib. Son iki ildə ticarət həcmini 54 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar.

“Almaniyanı təmsil edən şirkətlər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Təbii ki, qarşılıqlı sərmayə qoyuluşlarında potensial daha böyükdür. Xüsusən də, Almaniya şirkətləri texnologiya və innovasiya transferi baxımından böyük imkanlara malikdirlər”, – deyə V.Bayramov qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu