Deputat Novruz Aslanov məsələyə mövqe bildirəcəkmi?
Bu ilin iyul ayının 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyində rəhbər vəzifədə çalışan, daha dəqiqi, BQXK-nın Əməkdaşlıq şöbəsinə rəhbərlik edən, LGBT üzvü, İtaliya vətəndaşı Laura Sesennanın öz cinsi partnyoru, Peru vətəndaşı Pella Patricia ilə birgə Qax meşələrində azmaqları və Azərbaycan polisinin onları tapıb sağ-salamat qaldıqları otelə qaytarması barədə xəbər vermişdik.
Onu da qeyd etmişdik ki, Laura Sesenna onları xilas edən Azərbaycan polisinə yalan məlumat verərək özünü və cinsi partnyorunu əcnəbi turistlər kimi təqdim etmişdir və bununla da, asayişimizi qoruyan rəsmi dövlət orqanına qarşı ən azından hörmətsizlik etmişdir. Bunun həm də, hüquqi məsuliyyət yaratmasını isə, ölkəmizin rəsmi strukturlarının ixtiyarına buraxırıq.
Eyni zamanda bildirmişdik ki, Laura Sesennanın LGBT üzvü olması onun şəxsi işi olsa da, müsəlman əhalinin çoxluqda olduğu və mühafizəkar dəyərlərin hakim olduğu bir ölkədə fəaliyyət göstərən BQXK-ya başucalığı gətirmir.
Həmçinin məlumat vermişdik ki, bu faktın üzə çıxması BQXK-nın yerli partnyor təşkilatı olan, bizim milli Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəhbərliyini, əməkdaşlarını və yüzlərlə könüllülərini də, ciddi şəkildə narahat edib. Çünki onlar AzQAC ilə əməkdaşlığa məsul olan BQXK-nın bir şöbəsinə LGBT üzvünün iki ildən artıq bir müddətdir ki, rəhbərlik etməsini bizim milli mədəniyyətimizə və adət-ənənələrimizə zidd hesab edirlər. Haqlı olaraq düşünürlər ki, BQXK bu məsələdə yerli reallıqları nəzərə almalı idi və LGBT üzvünü AzQAC-la əməkdaşlığa məsul olan şöbəyə rəhbər təyin etməməli idi. Bu AzQAC-da geniş müzakirə edilsə də, nədənsə təşkilat rəsmi mövqe bildirməyə tələsmir. Bunun səbəbini hal-hazırda araşdırırıq və növbəti yazılarımızda oxucularımıza bu haqda da, məlumat verməyə çalışacağıq.
Aldığımız yeni xəbərə görə, bu barədə saytımızda məlumatlar dərc ediləndən sonra Laura Sesennanın artıq Əməkdaşlıq şöbəsinə rəhbərlik etməsinin doğru olmayacağını düşünənlər həmçinin BQXK-da da çoxluq təşkil edir. Lakin BQXK-nın Azərbaycan nümayındəliyinin başçısı səlahiyyətlərini hal-hazırda icra edən Beata Skvarska öz tabeliyində çalışan işçisi, LGBT üzvü Laura Sesenna ilə həm də, yaxın rəfiqə olduğu üçün onun vəzifəsində qalmasını istəyir.
Bizə bildirildiyinə görə, nümayəndəliyin başçısı əvəzi Beata Skvarska BQXK daxilində gedən müzakirələrdə Laura Sesennanın səlahiyyət müddəti bitənədək nəyin bahasıba olur-olsun öz vəzifəsində qalmalı olduğunu bildirib. Bunu nə qədər bacaracaq, onu yaxın gələcəkdə görəcəyik. Çünki BQXK-nın Azərbaycan nümayəndəliyinə yeni təyin olunmuş başçısı yaxında öz vəzifəsinin icrasına başlayandan sonra bu təşkilata məsul şəxs də, məhz təşkilatın yeni rəhbəri olacaq.
Beata xanımın milliyyətcə polyak olduğunu, Polşa vətəndaşı olduğunu yazmışdıq. Ola bilər ki, onların ölkəsində və yaxud onların mədəniyyətində LGBT üzvünün rəhbər vəzifədə çalışması normal haldır. Lakin Azərbaycanda bu normal hal deyil və bizim milli təşkilat olan AzQAC-la əməkdaşlığa məsul olan şöbəyə BQXK bir LGBT üzvünü rəhbər təyin etməməli idi. Hər halda bunu Azərbaycanın milli təşkilatı olan və Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli partnyoru kimi öz fəaliyyətini davam etdirən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, onun rəhbərliyinə, əməkdaşlarına və yüzlərlə könüllülərinə yumşaq desək hörmətsizlik kimi qiymətləndirənlərin çoxluq təşkil etməsi təbiidir. Hətta bunu AzQAC-a, onun çoxminli kollektivinə təhqir kimi qiymətləndirənlər də, az deyil. Bunu BQXK anlamalıdır və öz kadr siyasətini qurarkən məhz bu kimi yerli reallıqları nəzərə almalıdır.
Bizə verilən məlumata görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə artıq təmasa keçib və bu haqda müzakirə də, aparıblar. Onları nə danışdıqlarını bilmirik, amma hələ ki, nəticə yoxdur, yəni Laura Sesenna öz vəzifəsində qalmaqda davam edir.
BQXK və AzQAC öz aralarında bunu davamlı müzakirə etsələr də, hələ ki, rəsmi susqunluqlarını qoruyurlar. Bizim isə, jurnalist araşdırmamız davam edəcək və gələcəkdə oxucularımız üçün əldğ edəcəyimiz yeni-yeni maraqlı məlumatları çatdırmağa çalışacağıq. Bizim mənbələrimiz ölkəmizi, millətimizi və dövlətimizi sevən insanlardır. Məqsəd milli təəssübkeşlikdir.
Bu məsələnin ən gözəl həlli Laura Sesennanın öz vəzifəsindən kənarlaşdırılmasdır. Onun yerinə isə, ermənipərəst olmayan, azərbaycanlılara nifrət etməyən, Azərbaycan dövlətinə və onun rəsmi strukturlarına hörmət qoyan, onlara yalan məlumat verməyən və təbii ki, cinsi azlıq olmayan birinin təyin olunmasıdır. Belə olacağı təqdirdə, problem daha da böyümədən öz həllini tapar.
Yalnız bu halda bu ləkə birinci növbədə Beynəlxalq Qızıl Xaç Komitəsinin, eyni zamanda da, dolayısı ilə də, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzərindən götürülə bilər. Ümid edirik ki, nəhayət bu belə də olacaq. Bildirdiyimiz kimi, AzQAC milli təşkilat olsa da, BQXK-nın rəsmi yerlli partnyoru kimi onlardan ciddi maddi-texniki dəstək alır. İnanırıq ki, bu məsələdə AzQAC milli mənafedən çıxış edəcək və maddi marağını arxa plana atacaq. BQXK AzQAC-ın mövqeyi ilə hesablaşmaya bilməz, çünki onlar biri xarici, digəri isə, milli olmaqla rəsmi partnyor təşkilatlardır. Belə olacağı təqdirdə də, hər iki təşkilatın ətrafında dolaşan bu xoşagəlməz söhbətlərə son qoyulacaq.
Bugun.tv olaraq, bütün maraqlı tərəfləri və xəbərlərimizdə adı keçən Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin başçı əvəzi Beata Skvarska və ya başqa rəsmilərini, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili, Novruz Aslanovu və yaxud digər səlahiyyət sahiblərini dinləməyə və onların mövqelərini də, işıqlandırmağa hazırıq. Müstəqil media orqanı kimi bu bizim vəzifə borcumuzdur.
Mövzunu diqqətdə saxlayacağıq.və bu problem doğru həllini tapana kimi gedən proseslər haqqında mütəmadi olaraq sizə məlumat verməyə çalışacağıq.