15 C
Baku
27 Aprel 2026, 17:32
Baş xəbərMədəniyyət

Rusiyada Gülnarə Xəlilovanın “Xarıbülbül” və “Qarabağ” kolleksiyaları təqdim olunacaq

 

Bugün.tv  xəbər verir ki, “Kazan Kremlin” muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Xarıbülbül” və “Qarabağ” kolleksiyaları təqdim olunacaq.

Defile 2 avqustdan 5 avqustadək Kazanda (Tatarıstan) keçiriləcək ikinci Etno – Fashion xalq yaradıcılığı və Dekorativ – Tətbiqi İncəsənət Festivalı “Həyat tərzi – Mədəni kod” çərçivəsində nümayiş olunacaq. Bu il festival Rusiyanın 24 regionundan, həmçinin Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 30 dizayner iştirak edir. Tanınmış dizaynerlərin yaradıcılıq görüşləri və ustad dərsləri təqdim olunacaq.

Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

BuGün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu