Siyasət

Belarus və Çin əməkdaşlığı gücləndirmək üçün birgə qərar qəbul etdilər

“Belarus və Çin Ukraynada sülhün mümkün qədər tez bərqərar olmasında, böhranın eskalasiyasının qarşısının alınmasında maraqlıdırlar. Regional sülhün bərpası, münasibətlərin və hərtərəfli strateji tərəfdaşlığın gələcək inkişafına dair birgə addımlar atmağa hazırdırlar”.
Bugun.tv TASS-a istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin gələcək inkişafına dair birgə bəyanatda deyilir.

Aleksandr Lukaşenko və Si Cinpin çərşənbə günü Pekindəki danışıqların ardından iki ölkə arasında yeni qərar qəbul olunub.
“Avropa regionunda silahlı münaqişə ilə bağlı dərin narahatlıq ifadə olunub. Hər iki tərəf Ukraynada tezliklə sülhün bərqərar olmasında maraqlıdır. Belarus və Çin böhranın eskalasiyasının qarşısını almaq üçün addımlar atır. Regional sülh və asayişin bərpası üçün səylər göstərməyə hazırdır”, – Belta xəbər agentliyi sənəddən sitat gətirib.

Bundan əlavə, Belarus və Çin rəsmi Pekinin qlobal təhlükəsizlik təklifinin bir hissəsi olaraq əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

“Belarus Çinin qlobal təhlükəsizlik təşəbbüsünü dəstəklədi. Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi, terrorizm, iqlim dəyişikliyi, kiber və biotəhlükəsizlik kimi qlobal çağırışlara qarşı mübarizədə qüvvələrin birləşdirilməsi razılaşdırılıb”, – deyə məlumatda bildirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Aleksandr Lukaşenko: “Zelenski Ukraynanın NATO-ya üzv qəbul olunmasında israr edəcək”

Nigar Məmmədova

Azərbaycanın 8 kəndi geri qaytarılır. – Politoloqdan Şərh

Şükufə Ramizqızı

Qaiser Nawab Pakistanın Bakıdakı səfirini ziyarət etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu