Dünya

Belçikalı alim Antarktida buzlarını teleskopa çevirdi və Nobel qazandı

Bugun.tv xəbər verir ki, belçikalı fizik Frensis Halzen 2026-cı il Fizika üzrə Nobel mükafatına layiq görülüb.

82 yaşlı alim Antarktidanın buz qatından istifadə etməklə kainatın ən sirli hissəciklərindən olan yüksək enerjili neytrinoların aşkarlanmasına imkan verən “IceCube” rəsədxanasının yaradılmasında əsas rol oynayıb.

Antarktidanın Cənub qütbündə yerləşən rəsədxana təxminən bir kubkilometr həcmində buz sahəsini əhatə edir. Buzun dərinliyində yerləşdirilən işıq sensorları neytrinoların buzla qarşılıqlı təsirindən yaranan zəif işıq siqnallarını qeydə alır.

Neytrinolar kosmosda çox uzaq məsafələr qət edə və istiqamətlərini dəyişmədən Yerə çata bildikləri üçün alimlərə kainatın ən enerjili prosesləri haqqında məlumat verir.

Halzen “IceCube” layihəsinin ideyasını ilk dəfə 1988-ci ildə irəli sürüb. Rəsədxananın tikintisi isə 2011-ci ildə tamamlanıb.

Nobel Komitəsi onun işinin yeni astronomiya istiqamətinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Mənbə: EuroNews

Aynur Camal

Oxşar xəbərlər

Məşhur italyan dizayneri tarixi mədrəsəni podiuma çevirdi

Aynur Camal

Su qıtlığı dərinləşir: ölkələr yeni üsullara keçir

Aynur Camal

Qeyri-adi gecələmə yerlərinin ən çox olduğu ölkə məlum oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu