22 C
Baku
23 Oktyabr 2025, 15:27
Baş xəbərDünya

Berlin kinofestivalı 2024-cü il üçün münsiflər heyətinin sədrini seçdi

Berlin kinofestivalında növbəti ildə münsiflər heyətinə “Qara bəbir” və “On iki il köləlikdə” filmlərində oynadığı rollarla tanınan “Oskar” mükafatının sahibi Lupita Nionqo başçılıq edəcək. Bu barədə kinofestivalın təşkilatçıları elan ediblər.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, “Berlinare”nin rejissorları Mariett Rissenbek və Karlo Şatrian verdikləri bəyanatda bildiriblər: “Lupita Nionqo müxtəlif layihələrin əhatə olunmasında universallıq, fərqli auditoriyalara müraciət etmək və vahid bir ideya üzrə ardıcıllıq üzrə kinoda bəyəndiklərimizi təcəssüm etdirir:”.

Meksika-Keniya əsilli aktrisa Stiv MakKuinin “On iki il köləlikdə” tarixi dramında “Oskar” mükafatına layiq görülən kölə qadın Petsi rolunu ifa etdikdən sonra şöhrət qazanıb. O, rol seçimində Afrika diasporu və irqçilik mövzularına həsr olunmuş obrazlara daha çox üstünlük verir.

Aktrisa 2018-ci ildə “Marvel Studios” şirkətinin superqəhrəmanlar haqqında birinci filmi olan “Qara bəbir” ekran əsərində və 2022-ci ildə onun növbəti hissəsində Nakia rolunu oynayıb. O, həmçinin Cordan Pilin 2019-cu ildə lentə aldığı “Biz” psixoloji qorxu filmində çəkilib.

Aynur Camal

Oxşar xəbərlər

G7 ölkələri Rusiyanın dondurulan aktivlərinin müsadirə yollarını araşdırır

İntizar Əmirova

Sudanda vəba epidemiyası: 56 ölüm

Aynur Camal

YouTube-un bloklanmasının tarixi açıqlanıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu