Hadisə

Beş yaşlı uşaq zəhərli ilan yedi

Bugun.tv xəbər verir ki, Hindistanın Bihar əyalətində beş yaşlı uşaq təhlükəli zəhərli ilan yeyərək xəstəxanaya yerləşdirilib. ETV Bharat xəbər verib.

Zərərçəkənin anasının dediyinə görə, oğlan dostu ilə oynayırıb. Orada ölü hind krait tapıb. Onu birlikdə odda qovurublar. Sonra böyüklərə demədən yeyiblər.

Evə qayıtdıqdan sonra ana oğlundan ilan haqda soruşsa da, o, qorxaraq susub. Tezliklə oğlan özünü pis hiss edib. Uşaq xəstəxanaya çatdırılıb. Həkimlər onu xilas edə biliblər.

Hind kraitləri olduqca zəhərlidir. Dişləmələri insanlar üçün çox vaxt ölümcül olur. Hindistanda krait əhali arasında ölüm sayına görə kobradan sonra ikinci yerdədir.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Əməliyyat zamanı 5 terrorçu zərərsizləşdirildi

Nigar Məmmədova

Torpaq sürüşməsində bir nəfər öldü

Bugün TV

Masallıda evdən oğurluq edən şəxs saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu