29 C
Baku
28 İyun 2025, 18:45
Baş xəbərMaraqlı faktlar

Bethovenin ölüm səbəbi məlum olub – ARAŞDIRMA

Alman pianoçu və bəstəkar Lüdviq van Bethovenin saç tellərindən əldə edilən DNT analizləri onun ölümündən aylar əvvəl qaraciyər xəstəliyinə meylli olduğunu və hepatit B xəstəliyinə tutulduğunu üzə çıxarıb.

Pərəstişkarlarının yadigar olaraq saxladığı 8 saç teli üzərində DNT araşdırmaları Kembric Universitetində aparılıb. Tədqiqatçıların əldə etdiyi genomik məlumatlara görə, serrozdan öldüyü məlum olan pianoçunun qaraciyər xəstəliyinə meylliliyi üzə çıxıb. Sən demə, Bethoven ölümündən aylar əvvəl hepatit B-yə yoluxubmuş.

Araşdırmanı aparan qrupun rəhbəri Tristan Begg, məşhur bəstəkarın həddindən artıq spirt içki qəbul etməsi ilə yanaşı, genetik faktorların da qaraciyər xəstəliyinə səbəb ola biləcəyini söyləyib.

Bundan əlavə, açıqlamada Bethovenin saçından əldə edilən genomik məlumatlara görə, onun həzm sistemində problemlər olub.

Araşdırmada 20 yaşının ortalarında başlayaraq 1818-ci ilə qədər eşitmə  qabiliyyətini tamamilə itirən bəstəkarın bu probleminin səbəbini isə öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, məşhur bəstəkar Bethoven 1827-ci ildə Vyanada vəfat edib.

Mənbə: Türk mediası

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü oldu

Aynur Camal

Yol davası oldu: 1 ölü, 6 yaralı var

Bugün TV

Meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu