Baş xəbərMaraqlı faktlar

Yediyimiz qidaların kalorisini neçə addıma yandıra bilərik? – DİYETOLOQLARIN ARAŞDIRMASI

Bayram günlərində hamımız ya “Bu gün çox yedik, iki dövrə yeriyib, yandıraq” cümləsini ya özümüz deyirik, ya da yaınlarımızdan eşidirik. Təəssüf ki, yediyimiz bəzi qidaları bu cür yürüşlərlə yandırmaq olmur. Ravioli, pide, kabab və digər yeməkləri, desertləri və içkiləri necə yandırmağı düşünənlər üçün əla bələdçi hazırlamışıq.

Yediyiniz hamburgeri yandırmaq üçün 10.000 addımın kifayət etmədiyini desək, şam yeməyi planlarınızı dəyişdirərdinizmi?

Bugun.tv xəbər verir ki, Daily Mail bu yaxınlarda İngiltərənin 100 sevimli qida və içkisini orta hesabla boyu və çəkisi olan bir insanın neçə addımda yandıra biləcəyinin siyahısını dərc edib. Siyahıya əsasən, iki mal əti köftesi, 3 ədəd hamburger, xüsusi sous, pendir, soğan və turşudan ibarət hamburgeri yandırmaq üçün 12 325 addım lazımdır. 329 kalorili hot-doq üçün 8225 addım, orta ölçülü kapuçino üçün isə 660-dan çox addım tələb olunur.

Amerika İdman Tibb Kollecinin araşdırmasına əsaslanan onlayn kalkulyatora görə, orta boyda və çəkidə olan insan saatda 3 mil (4,8 km) sürətlə yeridikdə, atdığı hər 1000 addım üçün təxminən 40 kalori yandırır. Əlbəttə ki, enerji gəzinti zamanı yanır. Gəzinti sürətinin artırılması da ürəyin sürətlənməsinə səbəb olur və yandırılan kalorilərin miqdarını artırır. Kilolu insanlar da arıq insanlardan eyni məsafədə və sürətlə daha çox kalori yandırırlar.

İkiqat küftə və pendirli hamburgerin orta hesabla 493 kalorisi var və onu yandırmaq üçün atılacaq addımların sayı 12.325-dir. Hot-doq üçün 329 kalori yandırmaq üçün 8225 addım, 600 kalorili darçınlı çörək üçün 15 050, meyvəli çörək üçün 441 kalori yandırmaq üçün 11 025 addım lazımdır.

Digər tərəfdən, içkilər də düşündüyümüz qədər məsum deyil. İsti şokolad ən kalorili içkidir. 524 kalorilik bir fincan isti şokoladı yandırmaq üçün təxminən 13100 addım, 212 kalorilik bir stəkan kola yandırmaq üçün isə 5300 addım lazımdır.

Peçenyedən tutmuş, çipslərə qədər kiçik qəlyanaltılar da gündəlik kalori qəbulunu artırır və qarşılaşdıqları addımların sayı ilə təəccübləndirir.

Sadəcə 83 kalori şokoladı yandırmaq üçün 2000 addım və ya 18 dəqiqəlik piyada getmək lazımdır. 234 kalorili çips paketini yandırmaq üçün 5850 addım lazımdır.

 

Mənbə: Hüriyyət

Kəmalə Sultan

Oxşar xəbərlər

Axtarılan 10 şübhəli tutuldu

Aynur Camal

Misirdə 41 milyon illik balina fosili tapıldı

Bugün TV

18 yaşlı qız itkin düşüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu