Image default
DünyaSiyasət

Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançılara qarşı məhdudiyyətləri aradan qaldırdı

Bugun.tv xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası İcraiyyə Komitəsi rusiyalı idmançılara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və onların milli bayraq və himn altında yarışlara qatılmasına icazə verilməsi barədə qərar qəbul edib.

Məlumata görə, qərar Rusiya Gimnastika Federasiyası nəzdində fəaliyyət göstərən beş istiqaməti əhatə edir. Bunlar idman gimnastikası, bədii gimnastika, trampolin, idman akrobatikası və idman aerobikasıdır.

Xatırladaq ki, 2022-ci ilin martında Ukraynadakı münaqişə səbəbindən rusiyalı və belaruslu idmançıların federasiya tərəfindən təşkil olunan yarışlarda iştirakı dayandırılmışdı. Daha sonra qaydalar qismən yumşaldılmış, hər iki ölkənin idmançılarına neytral status altında yarışmağa icazə verilmişdi. Lakin komanda yarışlarında iştirak qadağan olaraq qalırdı. Rusiyalı və belaruslu idmançılar 2024-cü ildən etibarən neytral statusda beynəlxalq yarışlarda iştirak edə bilirlər.

Bundan əvvəl cüdo, sambo, taekvondo, kikboksinq, muay-tay, boks, MMA və güləş üzrə beynəlxalq federasiyalar da rusiyalı idmançılarla bağlı məhdudiyyətləri aradan qaldırmışdı.

Bundan əlavə, rusiyalı idmançılara Dünya Su Akvatikası World Aquatics tərəfindən təşkil olunan yarışlarda milli bayraq altında çıxış etməyə də icazə verilib. Yeniyetmə rusiyalı idmançılar isə ağır atletika, qılıncoynatma, kerlinq, voleybol, triatlon, müasir beşnövçülük və digər idman növləri üzrə beynəlxalq yarışlarda məhdudiyyətsiz iştirak edə bilirlər.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

CNN: Rusiya–Ukrayna müharibəsində ümumi itkilərin sayı 2 milyonu ötdü

Aynur Camal

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu