25 C
Baku
27 İyul 2024, 4:30
Dünya

Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, İsrail Rəfahdakı hücumlarını genişləndirir

 İsrail ordusu Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırmaq qərarına baxmayaraq, Qəzza zolağının cənubundakı Rəfah şəhərində və onun mərkəzi və cənub bölgələrində qurudan hücumlarını genişləndirir.

Güclü artilleriya atəşinin müşayiəti ilə İsrail ordusunun maşınları Rəfah şəhərinin “əl-Keraj əş-Şərki” bölgəsinə, eləcə də şəhərin mərkəzindəki Əl-Avde məscidi və Şabura qaçqın düşərgəsinə doğru irəliləyib.

 İsrail ordusu Yusif ən-Nəccar xəstəxanasının şimalında, Rafa Sərhəd Qapısı ətrafında və şəhərin şərqindəki Es-Salam və əl-Tənnur məhəllələrində yerləşdirilməyə davam edir.

 Rəfahın Tel Zurub Bölgəsi və Tel-əs-Sultan Polis İdarəsi ətrafında cəmləşən İsrail ordusuna məxsus maşınlar da Rəfahın qərbindəki əz-Zer və əl-Qüds küçələrinə və Zurub qovşağına doğru gedir.

 Partlayışlarla müşayiət olunan toqquşmalar Şabura düşərgəsi, Kaşta rayonu, əl-Avde qovşağı, Qüds küçəsi və Tel es-Sultan Polis Bölməsi ətrafında baş verir.

 Xan Yunis

 Qəzza zolağının cənubundakı Xan Yunisdə İsrail ordusu intensiv hava zərbələri ilə eyni vaxtda Qarari bölgəsinə daxil olub.

 İsrail ordusu Karara bölgəsini artilleriya atəşi ilə hədəfə alarkən, Xan Yunisin şərqindəki Əz-Zinnə və Abasan bölgələrinə də fasilələrlə hücumlar təşkil edib.

 Qəzzanın mərkəzi hissələri

 Qəzza zolağının mərkəzi hissələrində isə İsrail ordusu Bureyc və Meqazi qaçqın düşərgələrinin şərqinə məhdud hərəkət edib.

 Şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrinə qarşı intensiv bombardmanları nəticəsində çoxlu fələstinli həyatını itirib.

 Səhiyyə sahəsindəki mənbələrdən alınan məlumata görə, İsrail ordusunun Meqazi Qaçqınlar Düşərgəsində “Dərviş” ailəsinə məxsus evi hədəf alması nəticəsində 8 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

 İsrail artilleriya birliklərinin Deyr əl-Bələhin şərqində Əbu əl-İcin bölgəsində evləri hədəf alması nəticəsində həyatını itirən qadın və uşaqların da olduğu 9 fələstinlinin cəsədi tapılıb.

 Qəzza şəhərində İsrail ordusunun maşınları şəhərin cənubundakı 8-ci küçə, Universitet fakültəsi ərazisindən və əs-Səbra rayonundan geri çəkilib.

 Səhiyyə mənbələri, İsrail ordusunun Qəzzanın cənub-qərbindəki Tel əl-Heva bölgəsindən geri çəkilməsindən sonra təxminən 14 fələstinlinin cəsədinin tapıldığını bildirib.

 Mayın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan ICJ, İsrailin Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımların qarşısını almamalı və cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya girməsinə icazə verməli olduğuna qərar verdi.

 İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 550 fələstinli həlak olub, 82 min 959 nəfər yaralanıb.

 Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Vulkan kül püskürməyə başladı

Nigar Məmmədova

Qaz partlayışı nəticəsində 3 mərtəbəli bina uçdu: 12 nəfər xəsarət aldı

Bugün TV

Kiçik təyyarə qəzaya uğradı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu