25 C
Baku
27 İyul 2024, 7:44
Baş xəbərMədəniyyətMüsahibə

Beynəlxalq media kampaniyasının rəsmi mahnısının müəllifi hansı gənc azərbaycanlıdır ?

17-18 dekabr tarixlərində Vyanada keçirilən Avropa İttifaqının “Səsimiz gələcəyimizdir” adlı beynəlxalq sosial media kampaniyasının rəsmi mahnısının müəllifi və ifaçısı, azərbaycanlı Gənc Avropa Səfiri 22 yaşlı Leyla Tağıyevadır.

Bugun.tv xəbər verir ki, mahnının müəllifi, Leyla Tağıyeva bildirib ki, “8 billion people” (8 milyard insan) mahnısı onlarla səfir, beynəlxalq təşkilatların nümayəndələri və dünyanın hər bir bölgəsində çalışan diplomatlar tərəfindən paylaşılıb, haqqında Aİ-nin Azərbaycan səfirliyi tərəfindən mətbuat konfransı təşkil olunub:

“Avropa İttifaqının beynəlxalq layihəsində iştirak edərək , dünya gənclərinin səsi olmaq üçün mənə təklif gəldikdə mən özümə bu sualı verdim: ” Dünya gəncləri nə istəyir?”

Əgər mənə, belə önəmli bir təmsilçilik həvalə olunubsa, mən həqiqətən də təsirli bir layihə təqdim etməli idim və təbii ki, bu bütün dünya gənclərini narahat edən mövzulardan birinə həsr olunmalı idi. Yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və ya iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün öncəliklə dünyada sülhü bərqərar etmək vacibdir. Eşitdiyim hekayələr, gördüyüm hadisələr, müşahidələrimi hisslərimlə birləşdirib “8 milyardlıq insandan ibarət komanda” mahnısını yazıb, Avropa İttifaqına təqdim etdim. Mahnı “Səsimiz gələcəyimizdir” adlı gənclər layihəsinin rəsmi mahnısı seçildi. Onlarla səfir, beynəlxalq təşkilatların nümayəndələri və dünyanın hər bir bölgəsində çalışan diplomatlar tərəfindən paylaşıldı, haqqında Aİ-nin Azərbaycana Səfirliyi tərəfindən mətbuat konfransı təşkil olundu.

Gənclərin səsini belə geniş miqyasda, Vyanadakı Avrokonsertdən tutmuş, Nyu – YorkdakI BMT Baş Assambleyasına kimi çatdırmağım üçün mənə şərait yaradan hər kəsə təşəkkür edirəm! Ölkəmi belə strateji bir çərçivədə təmsil etmək qürurvericidir” deyə, Leyla Tağıyeva Bugun.tv-ə öz müsahibəsi zamanı bildiribMahnı #SəsimizGələcəyimizdir adlı gənclər layihəsinin rəsmi mahnısı seçildi. Ölkəmin adını belə mötəbər kürsülərdən səsləndirmək mənim üçün böyük qürurdur”.

Oxşar xəbərlər

Şəhərlər isti dalğanın təsirini gücləndirir

Bugün TV

 Bu ölkə Rusiyadan yanacaq idxalına qadağa qoydu

Nigar Məmmədova

“Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu