Dünya

“Beynəlxalq qadağan olunmuş kassetli sursatlardan” istifadə edilməsi aşkarlandı

Hizbullah elan edib ki, sionist işğal rejiminin qondarma ordusu Livanda “beynəlxalq səviyyədə qadağan olunmuş kasset bombalarından” istifadə etməyə davam edir.

Hizbullahın Media Əlaqələri İdarəsi verdiyi yazılı açıqlamada qatil rejimin Livanın cənubundakı Nəbatiyə vilayətində kaset bombaları ilə bəzi nöqtələri vurduğunu bildirib.

Açıqlamada, “Kaset bombalarının vurduğu ərazilər arasında Donuzlar Vadisi, Deyr Siryan və İlman qəsəbələri arasındakı Hillet Rac bölgəsi və Əl-Ahraş marşrutu üzərindəki Alman qəsəbəsi var” , – deyə bildirilib.

Bəyanatda beynəlxalq insan haqları və humanitar yardım təşkilatlarından işğalçı rejimin cinayət və hücumlarını, xüsusən də mülki şəxslərə uzunmüddətli mənfi təsirləri səbəbilə pisləməyə çağırılıb.

Sionist işğalçı rejimin qondarma ordusu bundan əvvəl də qadağan olunmuş fosfor bombaları ilə Livanın cənubundakı Hizbullah hədəflərinə hücum etmişdi.

Amnesty International və Human Rights Watch (HRW) də sionist rejimin Qəzza və Livanda ağ fosfordan istifadə etdiyini açıqlayıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90 nəfəri ötdü – VİDEO – YENİLƏNİB

Aynur Camal

Meşə yanğını oldu: 2 ölü, 12 yaralı var

Bugün TV

Peyk internet xidməti Starlink 4 milyon istifadəçiyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu