28 C
Baku
10 Sentyabr 2024, 19:13
Dünya

Beynəlxalq təşkilatlar Qəzzada “dərhal atəşkəs”ə çağırır

Beynəlxalq yardım təşkilatları və səhiyyə işçiləri Qəzzada poliomielit əleyhinə peyvəndlərin tətbiq oluna bilməsi üçün “dərhal atəşkəs” çağırıblar.

Save The Children, ActionAid, Fələstinlilərə Tibbi Yardım (MAP) və Oxfam da daxil olmaqla 20 beynəlxalq yardım təşkilatı və səhiyyə işçilərinin birgə bəyanatında poliomielit peyvəndlərinin ən qısa zamanda Qəzzaya çatdırılması lazım olduğu bildirilib.

Açıqlamada, işğalçıların Qəzzaya 10 aydır davam edən hücumu zamanı dünyaya gələn ən az 50 min uşağın səhiyyə sisteminin çökməsi səbəbindən peyvənd olma şansının çox aşağı olduğu vurğulanıb.

Açıqlamada Qəzzada 1 milyon uşaq arasında olan daha böyük uşaqların müntəzəm peyvəndlərinin zorakılıq və yerdəyişmə səbəbiylə kəsildiyi və ya dayandırıldığı qeyd edilib və poliomielit virusunun da bölgədə yenidən ortaya çıxdığı xatırladılıb.

“Qəzzada poliomielit virusunun yenidən ortaya çıxması su və kanalizasiya infrastrukturunun dağıdılması və İsrail hökumətinin təmir və təchizatla bağlı məhdudiyyətlərinin bilavasitə nəticəsidir”, – deyə bəyanatda bildirilir.

Həmçinin bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) tələb etdiyi istənilən atəşkəs və ya fasilədən təkcə vaksinlərə deyil, mülki şəxslərin əsas ehtiyaclarını ödəmək üçün lazım olan bütün yardımlara tam humanitar çıxışı asanlaşdırmaq üçün istifadə edilməlidir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Sosial media şirkətlərinə xəbərdarlıq edildi

Nigar Məmmədova

London-Sinqapur təyyarəsində dəhşət!

Aynur Camal

Orta məktəbə qədər smartfondan istifadə qadağandır

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu