21 C
Baku
28 İyun 2025, 1:19
Baş xəbər

Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəməsi sabah başlayır

Bugun.tv xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komtəsinin (BQXK) əməkdaşı Vüqar Əliyevin iddia ərizəsində bildirilir ki, qurum ona aylarla, günlərlə mənəvi sarsıntı və iztirab yaşadıb. Bunun nəticəsində isə səhhətində ciddi problemlər yaranıb. Davamlı müalicə alıb. Hazırda da həkim nəzarətindədir. Müalicəsi davam edir.

Vüqar Əliyev bütün bunlara görə BQXK-nın məhkəmə qaydasında cəzalandırılmasını istəyir. O, dəyən mənəvi zərərə görə, qurumdan 60 (altmış) min manat məbləğində təzminat tələb edir.

Artıq bildirdiyimiz kimi, mülki iddiaya Nəriman rayon məhkəməsində baxılacaq. Hazırlıq iclası martın 7-də olaq.

Xatırladırıq ki, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, qurumun əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə zərərin ödənilməsini tələb edir. Vüqar Əliyev hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də məhkəmə qaydasında cəzalandırılmalıdır.

Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəalliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.

Məsələ ilə bağlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Cənubi Koreya prezidenti Ağ Evdə mahnı oxudu

Nigar Məmmədova

Hərbi texnikamız atəşə tutulub

Bugün TV

Turist qayığı batdı: 9 nəfər öldü, 70 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu