Baş xəbərDünya

Müşavir Müzəffər Məhəmmədi Nizamini “fars şairi” adlandırıb

İranın “ana.press” saytının məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Nizami Gəncəvinin anım həftəsinin açılış mərasimində deyib: “Fars dili məhəbbət, dostluq və irfan dilidir və bu arada şübhəsiz ki, Nizaminin özünəməxsus yeri var və onunla müqayisə oluna bilən böyük şairlər azdır”.

Məlumatda qeyd edilib ki, 6-cı əsrin böyük “fars” şairi Nizaminin xatirəsinə həftəsinə həsr olunmuş açılış mərasimi martın 5-i bazar günü İranın bir qrup fars dili və ədəbiyyatı professoru, mədəniyyət idarələrinin rəhbərləri və xarici ölkələrin səfirlərinin iştirakı ilə keçirilib.

XİN sözçüsü əlavə edib ki, Nizaminin İrandan başqa Əfqanıstan, Tacikistan və Özbəkistanda, eləcə də doğulduğu və məzarı olduğu Gəncə şəhərində, hansı ki, “indiki Azərbaycanda yerləşir”, çoxlu pərəstişkarları var.

Sayt yazır ki, habelə tədbirə qatılan Tacikistanın Tehrandakı səfirliyinin mədəniyyət müşaviri Müzəffər Məhəmmədi də sərsəm açıqlama verərək Nizamini “fars şairi” adlandırıb: “Nizami Gəncəvi ədəbiyyat aləmində Xəmsə poemasını yazmış ən böyük “fars şairlərindən” biridir”.

Aynur Camal

Oxşar xəbərlər

F-16 qırıcılarının harada gizlənəcəyi açıqlandı

Aynur Camal

Qatarın vurduğu 5 dəmiryolçu öldü

Bugün TV

Misir Qəzzada gərginliyi azaltmaq üçün hərəkətə keçdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu