Baş xəbər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Bu gün 11 oktyabr — Beynəlxalq Qızlar Günü münasibətilə Türan Dövlətləri Qadınlar Birliyi və Etika Akademiyasının təşkilatçılığı ilə “Təhsilli qızlar: Bu günün və sabahın səsi” mövzusunda tədbir keçirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, tədbirin məqsədi qızların təhsil hüququna diqqət çəkmək, qadınların cəmiyyətdə rolunu və imkanlarını müzakirə etmək, uğurlu xanımların həyat və peşə təcrübəsini gənc nəsillə bölüşmək olub.

Tədbirdə bir qrup ziyalı xanımlar, alimlər, sahibkarlar və gənc tələbə qızlar iştirak ediblər. Görüş çərçivəsində təhsilin fərdi inkişafda rolu, qadınların qarşılaşdıqları çətinliklər, əldə etdikləri uğurlar, peşəkar inkişaf imkanları və cəmiyyətdə fəal iştirakının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda ölkəmizdə qız övladlara olan münasibətlərdən, təhsilin qızların dünyagörüşünün formalaşmasında, özünəinamının artırılmasında, hüquqlarını tanımasında və gələcək karyeralarını qurmasında rolu vurğulanıb.

Panel müzakirələrdə nümunəvi simalar öz peşəkar fəaliyyətləri boyunca qarşılaşdıqları çətinliklərdən, qazandıqları uğurlardan və şəxsi təcrübələrindən bəhs edərək gənc qızlarla tövsiyələrini bölüşüblər.

Daha sonra gənc tələbə qızları maraqlandıran suallar cavablandırılıb.

 

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Vüqar Bayramov: Türkmənistanla qeyri-neft-qaz ticarətini artırmaq prioritetdir

Aynur Camal

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu