Mədəniyyət

Bilirdinizmi? Kate Winslet köhnə «skinny jeans» trendini yenidən dirildib

Bilirdinizmi ki, bu gün moda üzrə xarici xəbər saytlarında yayılan xəbərə görə, məşhur britaniyalı aktyor Kate Winslet, 50 yaşında soyuq hava şəraitində küçədə görünərək “skinny jeans” — dar kəsimli cins şalvar trendini yenidən modaya qaytarıb?

Son illərdə geniş kəsimli cinslər üstünlük qazansa da, Winsletin tərzi bu klassik “skinny” stilin hələ də populyar ola biləcəyini göstərir. O, bu görünüşünü cozy palto, sviter və Chelsea çəkmələri ilə kombin edərək həm şık, həm də praktik qış görünüşü yaradıb.

Bu moda yenilənməsi stilistlər və fashion bloqerlər arasında geniş müzakirələrə səbəb olub və xarici moda saytlarında “skinny jeans” trendinin yenidən yüksəlişə keçə biləcəyi barədə fikirlər yer alır. Stil ekspertləri belə klassik kəsimlərin yaxşı uyğunlaşdırıldıqda bütün bədən tiplərinə yaraşdığını və qış gardirobunda əvəzedilməz olduğunu vurğulayırlar.

Mənbə: People.com

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada keçiriləcək “Torpağın Duzu” festivalında BRICS ölkələrinin filmləri nümayiş olunacaq

Aynur Camal

Azərbaycan Mədəniyyəti platforması “Şuşadan Dünyaya” layihəsində uğurla çıxış etdi

Elnarə Dərziyeva

Əli Hüseynov UTSAF-ın Azərbaycan nümayəndəsi təyin edildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu