Baş xəbərHadisə

Binada partlayış oldu: 1 nəfər öldü

Bugun.tv xəbər verir ki, Əskişəhərdə naməlum səbəbdən binanın 4-cü mərtəbəsində partlayış baş verib. İlkin məlumata görə, bir nəfər ölüb. Xəbərdarlıq üzərinə hadisə yerinə çox sayda yanğınsöndürən, polis, sağlamlıq və axtarış-xilasetmə qrupları göndərilib. Binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində park edilmiş 3 avtomobilə ziyan dəyib. Hadisə Yeri Araşdırma Şöbəsi qrupları, mənzildə və küçədə araşdırma edib. Həyatını itirən şəxsin cansız bədəni hadisə yeri araşdırmasının ardından yarılma əməliyyatları üçün Əskişəhər Osmanqazi Universiteti Tibb Fakültəsi Xəstəxanasının meyitxanasına göndərilib.

TRT Haberin məlumatına görə, hadisə ilə bağlı araşdırmalar davam edir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Dublindəki görüş Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulmasına zəmin yarada bilər

Aynur Camal

Bakıda Hindistan kinosunun məşhur filmi nümayiş etdiriləcək

Aynur Camal

Ekspert: “İran ABŞ-a öz şərtlərini diktə edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu