25 C
Baku
20 İyul 2025, 0:10
Baş xəbərHadisə

Bir gündə 245 cəsəd tapıldı

Bugun.tv xəbər verir ki, Liviyada minlərlə insanın həyatına son qoyan sel fəlakətindən sonra itkin düşənlərin axtarışları davam edərkən, ən çox ölüm hallarının yaşandığı Derna şəhərində bir gündə 245 nəfərin cəsədi tapılıb. Liviya rəsmisi bir çox yerli və beynəlxalq qruplarla əməkdaşlıq etdiklərini və bir çox sahil nöqtələrində axtarış işlərinin davam etdiyini qeyd edib. Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe 11 sentyabrda daşqın səbəbilə ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələrə və beynəlxalq qurumlara yardım çağırışı edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç, Liviyada sentyabrın 19-da baş verən daşqınlarda 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu bildirib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Süni intellektlə yaradılmış serverdən istifadə etmək mübahisələrə səbəb oldu

Aynur Camal

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanıldı

Kəmalə Sultan

Polisə raket hücumu: 12 ölü, 7 yaralı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu