9 C
Baku
16 Dekabr 2025, 15:22
Baş xəbərHadisə

Bir gündə 245 cəsəd tapıldı

Bugun.tv xəbər verir ki, Liviyada minlərlə insanın həyatına son qoyan sel fəlakətindən sonra itkin düşənlərin axtarışları davam edərkən, ən çox ölüm hallarının yaşandığı Derna şəhərində bir gündə 245 nəfərin cəsədi tapılıb. Liviya rəsmisi bir çox yerli və beynəlxalq qruplarla əməkdaşlıq etdiklərini və bir çox sahil nöqtələrində axtarış işlərinin davam etdiyini qeyd edib. Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe 11 sentyabrda daşqın səbəbilə ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələrə və beynəlxalq qurumlara yardım çağırışı edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç, Liviyada sentyabrın 19-da baş verən daşqınlarda 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu bildirib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 352 nəfərə çatdı

Kəmalə Sultan

Skuter qəzasında bir nəfər ağır yaralandı

Aynur Camal

Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu