16 C
Baku
24 Oktyabr 2025, 7:15
Baş xəbər

“Bir kəmər, Bir yol” Nazirlər iclası keçirildi

Bugun.tv xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib.

Elm və təhsil naziri çıxışında Azərbaycan Respublikası tərəfindən beynəlxalq elmi əməkdaşlıq və innovasiya yönümlü inkişafın təşviqi və bilik əsaslı iqtisadiyyatın qurulması istiqamətində görülən işlər və planlaşdırılan fəaliyyətlər barədə məlumat verib.

Daha sonra iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın Azərbaycan Respublikası üçün strateji prioritet olaraq müəyyənləşdiyini və Çin Xalq Respublikası ilə süni intellekt və təmiz enerji kimi yüksək əhəmiyyətli sahələrdə birgə tədqiqatların, texnologiya transferinin və insan kapitalı mübadiləsinin gücləndirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Mənbə: Elm və Təhsil Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlı alim: “Xəzər dənizi öz ərazisinin 34%-ni itirəcək”

Aynur Camal

Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirdi

İntizar Əmirova

Google istifadəçiləri hiddətləndirən zəhlətökən Mesajlar problemini həll edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu