13 C
Baku
19 Aprel 2026, 5:35
Sosial

Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlər keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin qaliblərindən biri olan Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirəcəyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsi” layihəsi çərçivəsində 20 nəfər şəhid ailəsi üzvünə və müharibə iştirakçısına sahibkarlıq mövzusunda təlim veriləcək.

Bu barədə Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali məlumat verərək bildirib ki, layihənin əsas məqsədi onların iqtisadi fəaliyyətə cəlb olunmasına, öz bizneslərini qurmalarına və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına dəstək olmaqdan ibarətdir. Təlim zamanı iştirakçılara biznesin planlaşdırılması, idarəedilməsi, maliyyə savadlılığı, marketinq strategiyaları və hüquqi aspektlər kimi əsas mövzular barədə biliklər veriləcək. Həmçinin təlim iştirakçılarına öz biznes ideyalarını necə inkişaf etdirmək, bazar araşdırması aparmaq, maliyyə planı hazırlamaq və potensial riskləri qiymətləndirmək barədə biliklər veriləcək.

Təlimin Bakı şəhəri Sabunçu rayonunda keçirilməsi nəzərdə tutulur.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu