25 C
Baku
10 Sentyabr 2025, 21:34
Digər

Bir qrup jurnalistə Beynəlxalq media kartı verilib -FOTOLAR

Ölkədə bir qrup media mənsubu Beynəlxalq Jurnalistlər Federasiyasının təsis etdiyi media kartına sahiblənib. Bəzi jurnalistlərin vəsiqəsi isə yenilənib.

Qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın ən böyük jurnalist təşkilatıdı. Onun 141 ölkədə təmsilçisi var. 600 mindən çox jurnalist Beynəlxalq Media Kartının daşıyıcısıdır.

Təşkilat olaraq BJH-nın ölkəmizdəki rəsmi nümayəndəsi isə Azərbaycan Jurnalist Həmkarlar İttifaqıdır. 300 nəfər üzvü var. Hazırda ölkənin 42 media mənsubu Beynəlxalq Jurnalistlər Federasiyasının kartını daşıyır.

Tədbirlə bağlı media nümayəndələri facebook üzərindən Beynəlxalq Jurnalistlər Federasiyasına və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərliyə təşəkkürlərini bildiriblər.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

3 əyalətdə yağış yağacağı gözlənilir

Bugün TV

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanıldı

Nigar Məmmədova

Dövlət Duması Qərb ölkələrinin Olimpiadanı boykot etmə ehtimalını qiymətləndirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu