Image default
Baş xəbərDünya

Bir qurup yeniyetmə binanı yandıraraq qaçdı

Bugun.tv xəbər verir ki, bir qurup yeniyetmə Sidneydə istifadəsiz bir binada yanğın törədib. Yanğın gecə boyunca davam edib və Sidneyin mərkəzindəki binanın “əhəmiyyətli struktur çökməsinə” səbəb olub.

Avstraliya polisinin verdiyi məlumata görə, bina yanğın zamanı dağıldıqdan sonra iki yeniyetmə “təslim olub”. Məlumata görə yanğın zamanı binada 15 nəfər xuliqan gecələyib. Polis indiyədək həmin şəxslərdən 13-ü ilə əlaqə saxladıqlarını bildirib. Xəsarət alanların olub olmaması barəsində açıqlama verilməyib.

Mətbuat konfransında danışan komissarın köməkçisi vəzifəsini icra edən Paul Dunstan, 13 yaşlı iki uşağın cümə axşamı gecəsi “təslim olduğunu” və “polisə sorğularda kömək etdiyini” söyləyib. Həmçinin Dunstan “yanğın zamanı iştirak edən” digər “üç-dörd gənci” valideynləri ilə birlikdə məsələni aydınlaşdırmaq üçün polisə kömək etməyə çağırıb.

Əlavə olaraq qeyd edilib ki, şəkillərdə binanın divarlarından birinin uçması əks olunub. Faktla bağlı araşdırmaların davam etdiyi bildirilib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu