15 C
Baku
29 Mart 2024, 13:26
Baş xəbərDünya

“Bir təchizatçıdan asılılıq bir daha təkrarlanmayacaq”

“Bir təchizatçıdan asılılıq bir daha təkrarlanmayacaq”- bunu kansler Olaf Şolts Əbu-Dabiyə səfəri zamanı deyib.

Almaniya Birləşmiş Ərəb Əmirlikləri ilə enerji sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Kansler qeyd edib ki, artıq Körfəz dövləti ilə bir sıra dizel və mayeləşdirilmiş təbii qaz layihələri təşviq edilib.

 O, mümkün qədər daha çox enerji təminatçısına güvənməyin vacibliyini vurğulayıb.

Almaniya hazırda Rusiyanın enerji resurslarından asılılığını azaldır. Səlahiyyətlilərin planına görə, il ərzində kömür və neftdən imtina etmək planlaşdırılır, lakin azı gələn il Rusiyadan qaz tələb olunacaq. Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, hazırda ölkədə Rusiya qazının payı 6-8%-ə qədər azalıb.

Aynur Camal

Oxşar xəbərlər

Martın 15-də gözlənilən hava şəraiti

Aynur Camal

Paşinyan həmişəki kimi yalan danışmağa davam edir

Nigar Məmmədova

İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu