Baş xəbərİqtisadiyyat

“Birgə İnvestisiya Fondunun kapitalının artırılması sahibkarlar üçün yeni imkanlar yaradacaq”

Bugun.tv xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə olunan razılaşmaları şərh edib.

Deputat bildirib ki, səfər çərçivəsində əldə edilən mühüm razılaşmalardan biri Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarının ikiqat artırılaraq 200 milyon dollara çatdırılması olub.

Vüqar Bayramovun sözlərinə görə, fondun kapitalının artırılması hər iki ölkənin sahibkarları üçün yeni investisiya imkanları yaradacaq. O qeyd edib ki, iş adamları öz layihələrini təqdim etməklə fondun maliyyə dəstəyindən yararlana biləcəklər və bu istiqamətdə imkanlar daha da genişlənəcək.

Millət vəkili vurğulayıb ki, fond vasitəsilə aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər prioritet sahələrdə layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Onun sözlərinə görə, indiyədək Qırğızıstanda kiçik su elektrik stansiyasının və müasir tikiş fabrikinin tikintisinin maliyyələşdirilməsi barədə qərarlar qəbul edilib.

İqtisadçı deputat əlavə edib ki, fondun nizamnamə kapitalı Azərbaycan, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları və digər qanuni mənbələr hesabına formalaşır. Onun fikrincə, fondun maliyyə imkanlarının genişləndirilməsi Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın daha da güclənməsinə töhfə verəcək.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov
Aynur Camal

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu