Dünya

Fələstin: İsrail Qəzzada hücumları davam etdirərək atəşkəs sazişinin icrasına mane olur

Bugun.tv xəbər verir ki, Fələstin Dövlət Başçısının sözçüsü Nəbil Əbu Rudeynə İsrailin Qəzza zolağında hücumlarını davam etdirməklə atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsinə mane olduğunu bildirib.

Onun sözlərinə görə, atəşkəsin növbəti mərhələsinə dair razılaşma elan edilsə də, İsrailin hücumları səngiməyib. Əbu Rudeynə qeyd edib ki, son sutka ərzində Qəzzada 19 fələstinli həlak olub və mövcud vəziyyət “kağız üzərində razılaşma, ərazidə isə ölüm” mənzərəsi yaradır.

Fələstin rəsmisi İsrailin həm Qəzza zolağında, həm də işğal altındakı İordan çayının qərb sahilində əməliyyatlarını davam etdirməsinin bölgədə gərginliyi artırdığını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağıraraq, İsrailin atəşkəs sazişinin ikinci mərhələsini dərhal icra etməsini, hücumları dayandırmasını və Fələstin xalqının beynəlxalq müdafiə ilə təmin olunmasını tələb edib.

Əbu Rudeynə bildirib ki, bölgədə davamlı sülh yalnız işğalın sona çatması və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkün ola bilər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Aynur Camal

Pentaqon hava hücumundan müdafiə raketlərinin istehsalını artırmaq üçün 3 milyard dollarlıq müqavilələr imzaladı

Aynur Camal

Aralıq dənizinin isinməsi invaziv dəniz canlılarının yayılmasını sürətləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu