Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Mehriban Əliyeva paylaşımında bu günü böyük qürur hissi ilə qeyd etdiklərini bildirib, Prezident İlham Əliyevə, Azərbaycan əsgərlərinə, zabitlərinə və veteranlarına minnətdarlığını ifadə edib.
O, hərbçilərin qəhrəmanlığını, şücaətini, cəsarətini və dözümlülüyünü xüsusi qeyd edərək, Azərbaycanın Zəfər Gününü qalib xalq kimi qeyd etməsinə görə onlara təşəkkürünü bildirib.
Birinci vitse-prezident Vətən uğrunda həlak olmuş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin doğmalarına və yaxınlarına səbir diləyib.
Mehriban Əliyeva paylaşımını Azərbaycanda daim sülh və əmin-amanlığın hökm sürməsi arzusu ilə yekunlaşdırıb.
