19 C
Baku
8 Sentyabr 2024, 3:38
Maraqlı faktlar

Bitkilərin “danışdığı” ortaya çıxıb-ARAŞDIRMA

Bugun.tv “The Cell” tədqiqat jurnalında dərc edilən araşdırmaya istinadən xəbər verir ki, botaniklər bitkilərin  səssiz canlılar olmadığını ortaya qoyublar. Tel-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilach Hadany CNN-ə deyib.

“Səsə cavab verən çoxlu orqanizm var. Buna görə də bitkilərin kar və lal olduğuna inanmaq üçün yaxşı səbəbimiz olmadığını düşündüm”, o qeyd edib.

6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə kaktusun səsini ilk dəfə qeyd edən Hadany bildirib ki, qeyd etdiyi səsin kaktusdanmı, yoxsa ətrafdakı başqa bir şeydənmi olduğundan əmin deyil. Hadany  və komandası müşahidəni səs keçirməyən akustik qutularda işləyib.

Komanda tütün və pomidor tingləri qoyduğu qutulara 20 ilə 250 kilohers arasında səsləri qəbul edə bilən ultrasəs mikrofonları yerləşdirib. Komanda onların partlayan qarğıdalı səsinə bənzədiyini bildirib.

Bundan əlavə, komanda stress altında olan bitkilərin daha çox səs çıxardığını müəyyən edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Dünyanın ən böyük böyrək daşı çıxarıldı: 801 qram

Bugün TV

mağazada alınan toyuq ətini niyə yumamalısınız

Bugün TV

Firon Tutanxamonun üz cizgiləri tapıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu