13 C
Baku
19 Aprel 2026, 5:32
Baş xəbərDünya

Bu ölkədə vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edirlər

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, Lüksemburq vətəndaşları ictimai nəqliyyata pul ödəmirlər.

Bildirilir ki, 1 Mart 2020-ci ildə istifadəyə verilən tətbiq rəvan davam edir.

Qeyd edək ki, Lüksemburq dünyada ictimai nəqliyyatın tamamilə ödənişsiz olduğu ilk ölkədir.

Sərnişinlər qatar, tramvay və avtobuslardan bilet almadan pulsuz istifadə edə bilərlər.

Ödənişsiz ictimai nəqliyyat tətbiqi 640 min əhalisi olan ölkədə təkcə vətəndaşları deyil, hər il ölkəyə daxil olan milyonlarla turisti də əhatə edir. Orta hesabla, 1000 nəfərə 670 nəqliyyat düşür.

Bu qərarın məqsədi ictimaiyyəti şəxsi avtomobil sürməkdən çəkindirməkdir.

Xarici ekspertlərin fikrincə, Lüksemburq ictimai nəqliyyat mədəniyyətinin geniş inkişaf etdiyi ilk ölkədir.

 

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu