Baş xəbərDünya

“Biz amerikalı olmaq istəmirik!”

GREENLAND milli qəzeti Sermitsiaq və Danimarkanın Berlingske media orqanı üçün Verian sorğu şirkətinin keçirdiyi rəy sorğusuna görə, Qrenlandiyalıların 85 faizi ABŞ-ın bir hissəsi olmaq fikrinə qarşıdır.

İştirakçıların yalnız 6 faizi ABŞ-a qoşulmaq istədiyini, 9 faizi isə qərarsız olduğunu bildirib. Trampın adaya qarşı təkidli ritorikasına baxmayaraq, Qrenlandiyanın baş naziri Mute Egede bu yaxınlarda “Danimarkalı olmaq istəmirik. Biz amerikalı olmaq istəmirik. Biz Qrenlandiyalı olmaq istəyirik” deyib.

Danimarkanın muxtar bölgəsi olan Qrenlandiya Trampın ilk prezidentlik müddətindən bəri diqqət mərkəzində olub. Tramp yeni dönəmində də bu təkidindən əl çəkmir. Yanvarın 20-də andiçmə mərasimi ilə vəzifəyə gəldiyi gündən adaya olan marağı gündəmə gətirən Tramp, Qrenlandiyada yaşayan təxminən 57 min vətəndaşın hamısının ABŞ-a qoşulmağa razı olduğunu iddia etdi.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

5 FETÖ şübhəlisi Yunanıstana qaçarkən yaxalandı

Bugün TV

“Gələn ilin əvvəlindən Füzuli, Ağdam və digər şəhərlərdən olan vətəndaşlarımız tarixi torpaqlarına qayıdacaq”

Elnarə Dərziyeva

“Məqsədim böyük bəla olan xərçəng xəstəliyini vaxtında yox, vaxtından tez tapmaqdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu