Digər

“Bizim Ukrayna ilə bağlı mövqeyimiz sülh danışıqlarını dəstəkləməkdir”

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi sülh naminə danışıqları dəstəkləməkdir”.

Bugun.tv xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin  Pekində fransalı həmkarı Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüş zamanı deyib.

“Çin məsələlərin mahiyyətinə əsaslanaraq öz mövqeyini müstəqil şəkildə müəyyənləşdirir. Bizim Ukrayna ilə bağlı mövqeyimiz sülh danışıqlarını dəstəkləməkdən qaynaqlanır”, – Cinpin bildirib.

“Çin tərəfləri sakit və rasional olmağa, sülh danışıqları üçün birgə şərait yaratmağa çağırır. Əsas prioritet atəşkəs əldə etmək və vəziyyəti daha da qızışdıran və ya çətinləşdirən hərəkətlərə qarşı çıxmaqdır”.

Cinpinin sözlərinə görə, Pekin sülh danışıqlarına fəal çağırışlarını davam etdirəcək.

“Çin Aİ-nin Ukrayna böhranının siyasi həlli üçün yanaşmalar və planlar təklif etmək, effektiv və davamlı Avropa təhlükəsizlik çərçivəsi yaratmaq səylərini dəstəkləyir”.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron Çinə iki günlük səfər ediblər.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Ekspert: İran niyə uranın zənginləşdirilməsini azaltmağa hazırdır, amma ehtiyatları ölkədən çıxarmaq istəmir?

Aynur Camal

Dünyanın Ən Zəhərli Göbələyi Daha Təhkükəli Oldu

Aynur Camal

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu