19 C
Baku
23 Oktyabr 2025, 13:00
Baş xəbərDünya

BMGK Livan gündəmi ilə toplandı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres, işğalçı qatillərin hücumları nəticəsində bir gündə yüzlərlə insanın şəhid olduğu Livanın “cəhənnəmə çevrilməsi” riskini vurğulayıb.

“Yaxın Şərqdə vəziyyət” başlığı altında keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Quterreş işğalçı qatillərlə Hizbullah arasındakı qarşıdurmaların Livanı “Cəhənnəmə” çevirə biləcəyi barədə xəbərdarlıq edib.

Baş katib: “Livanda cəhənnəmin qapıları açılır. Dünən Baş Assambleyada dediyim kimi, hamımız bundan narahat olmalıyıq. Livan uçurumun kənarındadır” – O bildirib:

Livanın suverenliyinə hörmət edilməsinin zəruriliyinə toxunan Quterreş, Livan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün bütün səyləri dəstəklədiklərini bildirib.

Antonio Quterreş oktyabr ayından bu yana Livanda təxminən 200 min, işğal olunmuş ərazilərin şimalında isə 60 mindən çox insanın işğalçı qatillərlə Hizbullah arasındakı qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı barədə məlumat paylaşıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Su qiymətləri 4,5 ildə yüzdə 500 artdı

Teymur Əziz

Yaponiya mövqe tutdu! İsrail mərasimə dəvət edilməyəcək

Aynur Camal

Türkiyə Xarici İşlər Nazirliyindən İsrailə sərt reaksiya!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu