11 C
Baku
21 Aprel 2026, 1:53
Baş xəbərDünya

İtaliya Kubokunda hadisəli derbi! 15 nəfər yaralanıb

İtaliya kubokunda “Genoa” – “Sampdoriya” matçından əvvəl və sonra azarkeşlər arasında baş verən hadisələrdə 15 nəfər yaralanıb, ən azı 2 nəfər saxlanılıb. İtaliya kubokunun 2-ci turu çərçivəsində keçirilən Genuya derbisində “Genoa” və “Sampdoriya” üz-üzə gəlib.

Normal vaxt 1:1 hesablı heç-heçə ilə başa çatdıqdan sonra penaltilərdə rəqibi Genuyaya 6:5 hesabı ilə qalib gələn Sampdoriya derbidən əvvəl və sonra azarkeşlər arasında insident yaşanıb.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, Genuyadakı matçdan əvvəl başlayan gərginlikdə iki komandanın azarkeşləri ara-sıra bir-birləri ilə təhlükəsizlik qüvvələri ilə qarşılaşıblar.

Təhlükəsizlik qüvvələri bibər qazı və təzyiqli su ilə müdaxilə edib, azarkeşlər isə məşəl və daş ataraq cavab verib.

İki komandanın azarkeşləri arasında insident derbi matçından sonra da stadionun ətrafındakı küçələrdə davam edib. Hadisələr zamanı 15 nəfərin yaralandığı, azı 2 nəfərin saxlandığı mətbuatda yayılıb.

Hadisələrə görə bəzi küçələrin döyüş bölgəsinə çevrildiyi bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu