28 C
Baku
19 İyul 2025, 14:26
Baş xəbərDünya

BMT-dən xəbərdarlıq: “Minlərlə insan Qəzzada ölə bilər”

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada minlərlə insanın su, elektrik, qida və dərmansız öləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə baş katibin müavini və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin fövqəladə yardım koordinatoru Martin Qriffits sosial media hesabında paylaşım edib. Griffiths, “Ölüm kabusu Qəzzada asılıb” dedi.

TRT Haber-in məlumatına görə, su, elektrik enerjisi, qida və dərmansız minlərlə insan öləcək”. Xəbərdarlıq edən Griffiths bunun əsl vəziyyət olduğunun vurğuladı. ABŞ prezidenti Co Bayden, ABŞ prezidentlik ofisinə aid “POTUS” istifadəçi adı ilə X hesabından Fələstin odaklı mesaj paylaşdı. İndiyədək qəti şəkildə İsrail tərəfdarı mövqeyi ilə diqqət çəkən Bayden, “Fələstinlilərin çoxunun Həmas-ın dəhşətli hücumları ilə heç bir əlaqəsi olmadığını göz ardı etməməliyik. Fələstinlilər onların (HƏMAS) üzündən əziyyət çəkir” dedi. Baydenin mesajı altında paylaşan X istifadəçiləri “İstiqamət dəyişikliyi varmı?”, “O zaman nə gözləyirsiniz? İsraili dayandırın”, “Buna baxmayaraq, İsrail üçün döyüş gəmisi göndərirsiniz” kimi müxtəlif şərhlər edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İsrailin Rəfəh şəhərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 100-ə çatdı

Bugün TV

2 qayçı itkisi hava limanını iflic etdi! Onlarla reys ləğv edildi

Aynur Camal

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş 13-cü Regional konfrans keçirildi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu