Baş xəbərDünya

Hizbullah daha 2 İsrail tankını tank əleyhinə raketlərlə vurduğunu açıqladı

Bugun.tv xəbər verir ki, Hizbullah Livanın cənub sərhədində daha iki İsrail tankının idarə olunan tank əleyhinə raketlərlə vurulduğunu açıqlayıb. Hizbullah Hərəkatı səhər saatlarından etibarən Livan üzərindən İsrailə qarşı həyata keçirdiyi idarəolunan tank əleyhinə raket hücumları ilə bağlı bəyanat yayıb.

TRT Haber-in məlumatına görə, Açıqlamada İsrail sərhədindəki Hanita qəsəbəsində yerləşən iki İsrailə məxsus “Merkava” tipli tanka tank əleyhinə idarə olunan raketlərlə hücum edildiyi, hadisədə “bir neçə İsrail əsgərinin şəhid olduğu, bəzilərinin isə yaralandığı” qeyd edilib. Hizbullah bəyanatında sözügedən hücumun İsrailin bombardmanında həlak olan livanlı jurnalist İssam Abdullah və 2 livanlı mülki şəxs üçün həyata keçirildiyi bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Venesuelada Nikolas Maduronun siyasi irsi silinir

Aynur Camal

Onlarla plastik pulqabı sahilə vurdu

Aynur Camal

Yatmazdan əvvəl narahatedici fikirlərdən qurtulmağın sadə yolu açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu