18 C
Baku
15 Noyabr 2025, 15:05
Baş xəbərDünya

BMT humanitar yardımı dayandırdı

Bugun.tv– xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) Efiopiyaya göndərilən ərzaq mallarının oğurlanmasından sonra yardımı dayandırdığını açıqlayıb.

Buna səbəb kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) çərşənbə günü dərc etdiyi hesabatda milyonlarla insanın ehtiyacı olan Tiqraya göndərdiyi BMT yardımının oğurlanaraq bazarlarda satıldığı göstərilib.

USAİD-in dərc etdiyi hesabatla bağlı məlumatı paylaşmayan ÜƏP bəyan edib ki, bu cür qeyri-qanuni fəaliyyətlərə nəzarət edilir.

Ümumdünya Ərzaq Proqramı bildirdi ki, ərzaq tədarükü Tigraya təhlükəsiz şəkildə çatana qədər yardım edilməyəcək.

“Yardımı dayandırmaq qərarı insanlara daha çox zərər verəcək” – deyən Tiqray vilayətinin müvəqqəti administrasiyasının rəhbəri Getachew Reda humanitar təşkilatları yardımı dayandırmaq qərarına yenidən baxmağa çağırıb.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Sionist nazir Ben-Qvir İsrail xalqına silah çəkdi!

Aynur Camal

Sionist rejim dinc əhaliyə hücum etdi: 14 şəhid

Teymur Əziz

Tramp və Makron Fələstin gərginliyi haqqında: Mən həyatım boyu İsrailin tərəfində olmuşam

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu