36 C
Baku
20 İyul 2025, 15:32
Baş xəbərDünya

BMT-nin Baş katibi İranda baş verən partlayışları pislədi

BMT-nin Baş katibi Antonio Quterreş Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışları kəskin şəkildə pisləyib.

Bugun.tv xəbər verir ki, bu barədə təşkilatın rəsmi ofisinin yaydığı bəyanatda deyilir.

“Baş katib İranın Kirman şəhərində anım mərasimi zamanı 100-dən çox insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən bugünkü hücumu qətiyyətlə pisləyir”, – deyə bəyanatda bildirilir.

A.Quterreş cinayətkarların tezliklə məsuliyyətə cəlb olunacağına inamını ifadə edib və həlak olanların ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Teymur Əziz

Oxşar xəbərlər

Dəyəri 3 milyon dollara yaxın olan ən bahalı dərman istifadəyə verilib

Aynur Camal

Trampın ‘ən pis’ portreti böhran yaratdı! İngilis rəssam üsyan etdi

Aynur Camal

Müdafiə Nazirliyinin Həftəlik icmalı-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu