23 C
Baku
17 Sentyabr 2026, 22:50
Baş xəbərDünya

BMT-nin Baş katibi İranda baş verən partlayışları pislədi

BMT-nin Baş katibi Antonio Quterreş Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışları kəskin şəkildə pisləyib.

Bugun.tv xəbər verir ki, bu barədə təşkilatın rəsmi ofisinin yaydığı bəyanatda deyilir.

“Baş katib İranın Kirman şəhərində anım mərasimi zamanı 100-dən çox insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən bugünkü hücumu qətiyyətlə pisləyir”, – deyə bəyanatda bildirilir.

A.Quterreş cinayətkarların tezliklə məsuliyyətə cəlb olunacağına inamını ifadə edib və həlak olanların ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

BMT ABŞ-ın İrandakı zərbələri ilə bağlı ciddi nəticə açıqlayıb

Aynur Camal

Ukraynada raket və dron hücumlarında azı 19 nəfər yaralandı

Aynur Camal

Yəməndə 125 mindən çox insan döyüşlərə görə evini tərk edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu