Baş xəbərDünya

BMT-nin Baş katibi İranda baş verən partlayışları pislədi

BMT-nin Baş katibi Antonio Quterreş Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışları kəskin şəkildə pisləyib.

Bugun.tv xəbər verir ki, bu barədə təşkilatın rəsmi ofisinin yaydığı bəyanatda deyilir.

“Baş katib İranın Kirman şəhərində anım mərasimi zamanı 100-dən çox insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən bugünkü hücumu qətiyyətlə pisləyir”, – deyə bəyanatda bildirilir.

A.Quterreş cinayətkarların tezliklə məsuliyyətə cəlb olunacağına inamını ifadə edib və həlak olanların ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Ərdoğan BMT Baş katibi Quterreşi qəbul edib

Aynur Camal

Nyu-York meriyasında tarixdə ilk dəfə müsəlman iftarı təşkil edildi

Aynur Camal

Kosmetoloq: Kişilərin dəriyə qulluq etməsi artıq adi haldır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu