27 C
Baku
17 Sentyabr 2026, 13:57
DünyaSiyasət

BMT-nin baş katibi Quterreş Qəzzada atəşkəsi alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqini alqışlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Həmas ilə İsrail arasında əldə olunan atəşkəslə bağlı yazılı açıqlama verib. Quterreş Qəzzada atəşkəs və girovların azad edilməsini nəzərdə tutan razılaşmanı “alqışladığını” bildirib.

Quterreş açıqlamasında, “Prezident Donald Trampın təqdim etdiyi təklif əsasında Qəzzada atəşkəs və girovların azad edilməsi üçün əldə olunan razılaşmanın elan edilməsini alqışlayıram” deyib.

BMT-nin baş katibi həmçinin sazişin həyata keçirilməsində göstərdikləri diplomatik səylərə görə ABŞ, Qətər, Misir və Türkiyəyə təşəkkür edib.

Quterreş açıqlamasında Fələstin-İsrail probleminin qalıcı həllinin vacibliyini vurğulayaraq, mən bütün maraqlı tərəfləri işğala son qoymaq, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımaq və israillilərlə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəkləri iki dövlətli həllə nail olmaq üçün bu mühüm fürsətdən istifadə etməyə çağırıram.

Bütün tərəflərə çağırış edən Quterreş razılaşmanın şərtlərinə tam əməl olunmasının vacibliyini vurğulayıb.

Quterreş bəyan edib ki, bütün girovlar azad edilməli, daimi atəşkəs yaradılmalı və Qəzzaya humanitar yardım dərhal çatdırılmalıdır.

Quterreş əlavə edib ki, beynəlxalq ictimaiyyət Qəzzada iztirablara son qoymaq üçün siyasi iradə nümayiş etdirməlidir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu