25 C
Baku
27 İyul 2024, 4:20
Dünya

BMT Qəzza üçün dərhal atəşkəsə çağırdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi Xüsusi Koordinatoru Tor Wennesland Qəzzada itirməyə vaxt olmadığını ifadə edərək, dərhal atəşkəs və məhbusların azad edilməsi üçün razılaşmaya çağırıb.

Vennesland BMT Təhlükəsizlik Şurasında keçirilən İsrail-Fələstin sessiyasında üzv ölkələri məlumatlandırıb.

Razılaşma üçün danışıqların hazırda əngəlləndiyini qeyd edən Wennesland, “İsrail Rəfahda quru əməliyyatını genişləndirdikcə, dağıntılar daha da artır” deyə xəbərdarlıq edib.

Wennesland, “Tərəfləri vicdanla danışıqlar masasına qayıtmağa çağırıram” deyərək, atəşkəs və məhbusların azad edilməsi üçün təcili razılığın əldə edilməsinin vacibliyinə diqqət çəkib.

“Qəzzada itirəcək vaxt olmadığını” vurğulayan Wennesland, BMT-nin bütün tərəflərlə təmasda olduğunu və razılığa gəlmək üçün dəstəyini davam etdirəcəyini bildirib.

Wennesland, İsrailin Qəzzada uzunmüddətli hərbi varlığının olmaması lazım olduğunu vurğulayaraq, Qəzza və İordan çayının qərb sahilinin siyasi və iqtisadi baxımdan inteqrasiyası və Fələstin xalqı və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir hökumət tərəfindən idarə olunması lazım olduğunu bildirib.

Qəzzadakı vəziyyətin siyasi olmayan həllinin olmayacağını vurğulayan Wennesland, dağıntının miqyasının o qədər böyük olduğunu, hesablamalara görə, əsas infrastruktura dəyən zərərin dəyərinin 18,5 milyard dollara çatdığını bildirib.

Real rəqəmin bundan qat-qat yüksək olacağını qeyd edən Wennesland yenidənqurma üçün hazırlıqların görülməli olduğunu bildirib.

Digər tərəfdən, Wennesland, işğal altındakı İordan çayının “partlatmaq üzrə olduğunu” bildirdi.

Regional fəlakət riskinin gündən-günə artdığını ifadə edən Wennesland, “Daha fəlakətlərin qarşısını almaq üçün istiqamət dəyişikliyi baş verməlidir” deyə xəbərdarlıq edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şahzadə Salmandan ‘Neom layihəsi’ üçün qalmaqallı əmr: Öz vətəndaşlarını güllələyəcək

Aynur Camal

İzdihamda 79 nəfər öldü

Nigar Məmmədova

“Ukraynaya Krımı geri almağa yardım etməyə qərarlıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu