Dünya

BMT Qəzzada daha çox körpənin donaraq ölə biləcəyi barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında hava şəraiti, sığınacaq və qış təchizatı səbəbindən daha çox körpənin donaraq ölə biləcəyi barədə xəbərdarlıq edib. Qəzzada donaraq ölən körpələrlə bağlı UNRWA-nın sosial media hesabından yazılı açıqlama verilib.

Son günlər soyuqdan 6 körpənin öldüyü xatırladılan açıqlamada, “Soyuq, sığınacaq və əsas qış ehtiyatlarının olmaması səbəbindən daha çox körpə ölə bilər” ifadəsi işlədilib.

Açıqlamada, İsrailin yardımların girişini əngəllədiyi Qəzzaya ədyal və qış geyimlərinin göndərilməsini gözlədiyi ifadə edilərək, Qəzzaya olan mühasirənin qaldırılmasına çağırış edilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana davam edən hücumları səbəbindən Qəzzada 2 milyondan çox fələstinli didərgin düşüb.

İsrailin hücumları nəticəsində ağır dağıntılar səbəbiylə Qəzzada didərgin düşən fələstinlilərin əksəriyyəti müvəqqəti çadırlarda həyatlarını saxlamağa çalışırlar.

Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, son bir həftədə Qəzzada 6-sı körpə olmaqla 7 nəfər soyuqdan dünyasını dəyişib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə Ərdoğan PKK üzvləri üçün şərti amnistiya nəzərdə tutan qanunu imzaladı

Aynur Camal

Ukrayna Moskvaya genişmiqyaslı PUA hücumu etdi, Rusiyanın raket zərbəsi 10 nəfərin ölümünə səbəb oldu

Aynur Camal

2 min illik Çin qaya rəsmlərinin rəngi niyə hələ də solmayıb?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu