Dünya

BMT: Qəzzada 15 min hamilə qadın aclığın astanasındadır

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin bir ildən çoxdur intensiv hücumları altında olan Qəzza zolağında 15 min hamilə qadının aclıq astanasında olduğu xəbərdarlığını edib.

UNRWA-nın X hesabında edilən paylaşımda İsrailin zorla aclıq və susuzlaşdırma yolu ilə humanitar fəlakətə səbəb olduğu Qəzzadakı vəziyyətə diqqət çəkilib.

Qəzzada təxminən 50 min hamilə qadının olduğu və təkcə gələn ay 4 min doğumun gözlənildiyi qeyd edilən açıqlamada, “Onlardan təxminən 15 mininin aclığın astanasında olma ehtimalı” xəbərdarlığı edilib.

Açıqlamada şiddətli yağışların və məhdud yardımın Qəzzada didərgin düşmüş insanların vəziyyətini daha da pisləşdirdiyi vurğulansa da, 2024-cü ilin dünya səviyyəsində 281 nəfərin öldüyü, əksəriyyətinin Qəzzada olan UNRWA personalı ilə “humanitar yardım işçiləri üçün ən ölümcül il” olduğu ifadə edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu