12 C
Baku
25 Aprel 2025, 6:00
Dünya

BMT “Srebrenitsa qırğını”nı soyqırım kimi qəbul etdi! 

Son xəbərlər… Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan edilməsinə dair qətnamə layihəsini qəbul edib.

29 il əvvəl Yuqoslaviyada vətəndaş müharibəsində baş verən Srebrenitsa Soyqırımı ilə bağlı BMT-də mühüm qərar qəbul edilib.

BMT Baş Assambleyası 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan edilməsini tələb edən qətnamə qəbul edib. Srebrenitsa Soyqırımı 1995-ci ildə Bosniya-Herseqovinanın Srebrenitsa şəhərində baş vermiş və 8372 bosniyalı müsəlman kişi və uşağın Bosniya serb qüvvələri tərəfindən sistematik şəkildə qətlə yetirildiyi soyqırımdır.

Faciə Bosniya müharibəsinin ən faciəli və amansız qətliamlarından biri hesab olunur. BMT tərəfindən təhlükəsiz zona elan edilən Srebrenitsada soyqırım baş verib, lakin BMT Sülh Qüvvələrinin kifayət qədər müdaxiləsi olmadığı üçün qətliamın qarşısı alına bilməyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya lideri Kim nüvə silahına çağırdı

Aynur Camal

Ördəklərin yolu keçməsinə kömək edən öldü

Aynur Camal

Kamala Harrisdən Baydenə təriflər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu