Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına 2026-2027-ci illər arasında fəaliyyət göstərəcək beş yeni qeyri-daimi üzv təyin edilib.
BMT Baş Assambleyası şuranın 5 yeni qeyri-daimi üzvünün seçilməsi üçün səs verib.
Baş Assambleyanın zalında keçirilən gizli səsvermə nəticəsində Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Latviya və Liberiya BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü seçilib.
Sözügedən ölkələr 2026-cı il yanvarın 1-dən 2 il müddətinə şuradakı vəzifələrinə başlayacaqlar.
15 üzvdən ibarət Təhlükəsizlik Şurasının 5 daimi və 10 qeyri-daimi üzvü var. Qeyri-daimi üzvlər 2 il müddətinə seçilə bilər.
Mənbə: HurriYet