24 C
Baku
10 Sentyabr 2025, 8:42
Baş xəbərDünya

BMT tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edildi

Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Olgin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edilib.

Bugun.tv xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda Türk tərəfinin şəxsi nümayəndənin mandatının adada iki tərəf arasında yeni rəsmi həll danışıqlarının başlanması ilə bağlı ümumi fikirlərin olub-olmadığını araşdırmaqla məhdudlaşması və nümayəndənin mandat müddətinin altı aydan çox olmaması şərtilə sözügedən təyinata razılıq verildiyi bildirilir.

Qeyd edilib ki, mahiyyət etibarilə adada iki tərəf arasında ortaq nöqtənin olmaması BMT Baş katibinin hesabatlarında da öz əksini tapıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

7 həbsxanaya eyni vaxtda hücum edildi

Aynur Camal

Rusiya enerji obyektlərinə raketlərlə hücum etdi

Kəmalə Sultan

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu